Mahir Emreli "Nürnberq"in heyətinə geri dönüb.
İdman.biz xəbər verir ki, o, 2-ci Bundesliqanın 24-cü turunda "Hannover"ə qarşı forma geyinib.
Azərbaycanlı futbolçu oyunun 77-ci dəqiqəsində meydana daxil olub. Mahirin komandası doğma azarkeşlər qarşısında 1:2 hesabı ilə uduzub. "Nürnberq"in 4 matçlıq məğlubiyyətsiz seriyasına son qoyulub.
Bu nəticədən sonra nürnberqlilər 35 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Emreli son 3 oyunda meydana çıxmamışdı.
İdman.biz