İngiltərə FA kubokunda 1/8 final oyunları keçirilir.
İdman.biz xəbər verir ki, günün ilk matçında "Nyukasl" əlavə vaxtda "Brayton"a məğlub olub - 1:2.
"Mançester Yunayted" isə "Fulhem"lə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb - 3:4.
Sabah keçiriləcək "Nottingem" - "İpsviç" matçı ilə sonuncu dörddəbir finalçı da bəlli olacaq.
İngiltərə
FA kuboku, 1/8 final
2 mart
17:45. "Nyukasl" - "Brayton" - 1:2 (ə.v.)
20:30. "Mançester Yunayted" - "Fulhem" - 1:1 (ə.v.), pen. 3:4
1/4 final
"Fulhem" - "Kristal Pelas"
"Preston" - "Aston Villa"
"Bornmut" - "Mançester Siti"
"Brayton" - "Nottingem" və ya "İpsviç"
Oyunlar martda keçiriləcək.
İdman.biz