Zidan izləyib - oğlu qapısından 5 top buraxıb, avtoqola imza atıb, zədələnib

Xəbərlər
3 Mart 2025 00:29
66
Zidan izləyib - oğlu qapısından 5 top buraxıb, avtoqola imza atıb, zədələnib

Zinəddin Zidan La Liqa 2-nin "Kordoba"nın "Qranada"ya 5:0 hesabı ilə qalib gəldiyi matçı izləyib.

İdman.biz xəbər verir ki, fransalı məşqçinin bir oğlu Teo "Kordoba"nın yarımmüdafiəçisi, digər oğlu Luka isə "Qranada"nın qapıçısıdır.

Luka atasının gözü qarşısında qapısından 5 top buraxıb, o cümlədən sonuncuda avtoqola imza atıb. 87-ci dəqiqədə isə zədələnərək əvəz olunub.

Teo isə daha əvvəl - 61-ci dəqiqədə əvəzlənərək meydandan çıxıb.

Qeyd edək ki, "Qranada" 43 xalla 8-ci, "Kordoba" isə 42 xalla 9-cu yerdə qərarlaşıblar.

İdman.biz