"Artıq bazada işlərimiz yekunlaşmaq üzrədir".
Bunu İdman.biz-ə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
O, qərb təmsilçisinin yeni bazasının dəqiq hansı tarixdə təhvil veriləcəyinin bəlli olmadığını bildirib: "Bu yaxınlarda baza bölgə futbolsevərlərinin, akademiyada məşq edən gənclərimizin və əsas komandanın istifadəsinə veriləcək. Hazırda son tamamlama işləri gedir".
Quliyev komandasının hazırkı durumunu da dəyərləndirib: “Turan Tovuz”un çıxışı qənaətbəxşdir və bizi xoşbəxt edir. Hesab edirik ki, komanda olaraq, istədiyimiz nailiyyətləri əldə etmişik. Ümid edirəm ki, bundan sonra hər şey daha da yaxşı olacaq. Gündən-günə irəliyə doğru gedirik. Əlimizdən gələni edəcəyik ki, çempionatın sonunda çempionatın başlanğıcında qarşımıza qoyduğumuz hədəflərə nail olaq".
Klub rəhbəri "Turan Tovuz"un AFFA-nın İntizam Komitəsi tərəfindən 20 min manat cəzalandırılmasını isə şərh etmək istəməyib.
Qeyd edək ki, Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasında 24 turdan sonra 42 xalla 4-cü pillədə qərarlaşıb.
Aytac Sahəd
İdman.biz