Braziliyalı müdafiəçi Yuri Matias “Neftçi”dən ayrılmağa qərar verib.
İdman.biz xəbər verir ki, bunu 31 yaşlı futbolçunun özü açıqlayıb.
Braziliya mətbuatına açıqlama verən futbolçu xəstə oğlunun yanında olmaq istədiyini və bu üzdən vətənindən təkliflər gözlədiyini qeyd edib: “Kiçik oğlum Mateus autizm xəstəsidir. Belə vəziyyətdə ailəmdən uzaqda qalmaq çətindir. Onun yanında olmaq istəyirəm. Oğlumun müalicəsi mənim üçün hər şeydən üstün olmalıdır”.
Matiasın həyat yoldaşı Mişel də “Neftçi”nin futbolçusunu evdə görmək istəyini gizlətməyib: “Uşaqlar atalarına çox bağlanıblar. Onun bizimlə olmaması oğlanlarıma çox təsir edir. Xüsusilə də kiçik uşaq narahat olur. Həmişə Matiasın yanımızda olmasını istəyirəm”.
Qeyd edək ki, 2023-cü ildən “Neftçi”də çıxış edən Yurinin müqaviləsi mövsümün sonunda başa çatır.
İdman.biz