“Zirə”nin qvineyalı hücumçusu Salifu Sumaya müştərilərin sayı artmaqda davam edir.
İdman.biz xəbər verir ki, 21 yaşlı forvard Türkiyə nəhəngi “Fənərbaxça”nın da maraq dairəsinə düşüb.
İstanbul təmsilçisi forvardı yayda heyətinə qatmaq istəyir. Super Liqa klubu Suma ilə bağlı təklif də göndərib.
“Fənərbaxça” Salıfunun transferində maraqlı olan Bolqarıstan MOİK-i ilə mübarizədə daha şanslı sayılır. Türkiyə təmsilçisi futbolçunun müqaviləsindəki 800 min avroya sərbəstqalma bəndindən yararlanmaq variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Sumanın “Zirə” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
İdman.biz