Bakının “İnşaatçı” klubu yenidən ölkə çempionatında çıxış edəcək.
İdman.biz xəbər verir ki, bunu məşqçi Adil Mahmudov sosial şəbəkədə paylaşıb.
Paytaxt təmsilçisi fəaliyyətini dayandırdıqdan 30 ildən sonra bərpa olunub. Komanda Region Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, “İnşaatçı” 1992-ci ildə Azərbaycan kubokunun ilk qalibi olub.
İdman.biz