Azərbaycan kubokunda 1/2 finalın ilk oyunlarının cədvəli bəlli olub.
İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Matçlar eyni gündə baş tutacaq. Bu görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq:
Azərbaycan kuboku
1/2 final, ilk oyunlar
2 aprel (çərşənbə)
17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
“Liv Bona Dea Arena”
19:30. “Neftçi” – “Sabah”
“Neftçi Arena”
İdman.biz