Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç keçirilib.
Günün ilk qarşılaşmasında “Brügge” ilə “Aston Villa” görüşüb. İngilislər Belçikada inamlı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə ediblər.
Günün əsas matçı Madriddə olub. Derbidə “Real” “Atletiko”nu sınağa çəkib. Karlo Ançelottinin komandası 2:1 hesabı ilə qalib gəlib.
“Arsenal”ın artıq 1/4 finalda hesab etmək olar. "Topçular" Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub ediblər.
“Lill” isə Dortmundda “Borussiya” ilə heç-heçəyə nail olub.
Qeyd edək ki, ilk oyunlara martın 5-də yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
4 mart
21:45. “Brügge” – “Aston Villa” - 1:3
00:00. “Real” – “Atletiko” - 2:1
00:00. PSV – “Arsenal” - 1:7
00:00. “Borussiya” D – “Lill” - 1:1
İdman.biz