Misli Premyer Liqasının XXV turunun ikinci günü Bakıda yekunlaşacaq.
İdman.biz xəbər verir ki, “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq.
Bu, komandaların Premyer Liqada 7-ci dueli olacaq. Əvvəlki 6 görüşün yarısında “Sabah” qələbə qazanıb. İki görüşün heç-heçə bitdiyi duellərdə naxçıvanlıların bir qələbəsi var. Top fərqində də paytaxt təmsilçisi üstündür – 6-4.
“Sabah” son 4 görüşdə qol vurub və uduzmayıb. Maraqlıdır ki, Bakı klubunun ev qarşılaşmalarının hamısında eyni sayda – 2 qol vurulub.
07.10.2023 |
Sabah - Araz-Naxçıvan |
1:1 |
15.12.2023 |
Araz-Naxçıvan - Sabah |
2:0 |
02.03.2024 |
Sabah - Araz-Naxçıvan |
2:0 |
05.05.2024 |
Araz-Naxçıvan - Sabah |
0:1 |
05.10.2024 |
Sabah - Araz-Naxçıvan |
1:1 |
14.12.2024 |
Araz-Naxçıvan - Sabah |
0:1 |
Qeyd edək ki, qarşılaşma saat 19:30-da başlayacaq.
İdman.biz