Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.
İdman.biz xəbər verir ki, ikinci oyun günündə 4 matç keçirilib.
Parisdəki görüş daha maraqlı alınıb. “Liverpul”u qəbul edən PSJ çoxsaylı qol vəziyyətlərindən istifadə edə bilməyib. Əvəzində qonaqlar sona yaxın fərqləniblər.
Almaniya klubları “Bavariya” ilə “Bayer” Münhendə qarşılaşıb. "Pivəçilər" 3 cavabsız qolla qalib gəliblər.
“İnter” səfərdə “Feyenoord”u, “Barselona” isə “Benfika”nı məğlub edib.
Qeyd edək ki, cavab görüşləri martın 11-12-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
5 mart
21:45. “Feyenoord” – “İnter” - 0:2
Qollar: Turam, 38. L. Martines, 50
00:00. PSJ – “Liverpul” - 0:1
Qol: Elliot, 61
00:00. “Bavariya” – “Bayer” - 3:0
Qollar: Keyn, 9; 75 (p.). Musiala, 54
00:00. “Benfika” – “Barselona” - 0:1
Qol: Rafinya, 61
İdman.biz