Millimiz mövqeyini qoruyub – FİFA reytinqində

Xəbərlər
6 Mart 2025 15:09
56
Millimiz mövqeyini qoruyub – FİFA reytinqində

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi siyahıda 75-ci pillədə qəraraşıb.

Yığmamızın hesabında 1308,45 xal var. Siyasət Əsgərovun yetirmələri ötən cədvəldəki mövqeyi qoruyub.

Millimiz hesabat dövründə bir matça çıxıb. Yığmamız Millətlər Liqasında Monteneqro ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, cədvələ 2069,06 xalla ABŞ başçılıq edir.

İdman.biz