Elçin Məsiyev: “Qısa müddətdə belə mötəbər yarışa təyinat gözləmirdim”

Xəbərlər
6 Mart 2025 15:16
42
Elçin Məsiyev: “Qısa müddətdə belə mötəbər yarışa təyinat gözləmirdim”

“Çox sevincliyik, olduqca vacib təyinatdır”.

İdman.biz xəbər verir ki, bunu azərbaycanlı FIFA referisi Elçin Məsiyev deyib.

21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alan referi bununla bağlı AFFA.az saytına fikirlərini bildirib: “Bu, əsas komandaların Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir. Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi iyunun 11-28-də 16 komandanın iştirakı ilə təşkil olunacaq.

İdman.biz

Məqalədə: