23 yaşlı qapıçı Santuşun hədəfində

Xəbərlər
6 Mart 2025 17:58
36
23 yaşlı qapıçı Santuşun hədəfində

Azərbaycan millisinin bu ay Haiti(22 mart) və Belarus(25 mart) yığmalarına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində yeni simalar görə bilərik.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, yığma komandamızın baş məşqçisi Fernandu Santuşun diqqətini çəkən futbolçulardan biri ampluaca qapıçıdır.

Belə ki, portuqaliyalı “Səbail”in qapıçısı Əlirza Müştəbəzadəni sərəncamında görmək istəyir.

Hələ ki Santuş yekun qərarını verməyib. Amma 23 yaşlı qolkiperin millinin qarşıdakı görüşlərinə dəvət alacağı gözlənilir.

İdman.biz