Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
İdman.biz xəbər verir ki, mübarizəni davam etdirən 8 komanda 4 cüt təşkil edib.
Püşk İstanbul nəhəngləri “Fənərbaxça” və “Qalatasaray”ı üz-üzə qoyub. Görüş “sarı-lacivərdlilər”in meydanında keçiriləcək.
Qeyd edək ki, 1/4 final görüşəri aprelin 1-3-də baş tutacaq.
Türkiyə kuboku
1/4 final
“Trabzonspor” – “Bodrum”
“Konyaspor” – “İskenderunspor”
“Fənərbaxça” – “Qalatasaray”
“Beşiktaş” – “Göztəpə”
İdman.biz