Azərbaycan Premyer Liqasının XXV turunun "Sumqayıt"la oyununda zədələnən "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 28 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.
Həkimlərin son müayinəsindən sonra təcrübəli oyunçu bu gün komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü "Sumqayıt"la görüşdə komanda yoldaşı ilə toqquşmadan sonra zədə almışdı. Həmin qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
İdman.biz