Azərbaycan – Haiti oyununun vaxtı açıqlanıb

Xəbərlər
6 Mart 2025 17:03
36
Azərbaycan – Haiti oyununun vaxtı açıqlanıb

Azərbaycan və Haiti milliləri arasında yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qarşılaşma martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq. Oyuna saat 21:45-də start veriləcək.

Qeyd edək ki, millimiz martın 25-də, saat 21:45-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.

İdman.biz

Məqalədə: