Renat Dadaşov "Radomyak"a qələbə qazandırıb

Xəbərlər
8 Mart 2025 23:14
65
Renat Dadaşov "Radomyak"a qələbə qazandırıb

Azərbaycan yığmasının üzvlərinin çıxış etdiyi "Radomyak" Polşa çempionatında qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi komanda 24-cü turda "Krakoviya"nın qonağı olub.

Görüş təmsilçilərimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunun müəllifi Renat Dadaşov olub. Oyuna sonradan daxil olan hücumçumuz 90+1-ci dəqiqədə fərqlənib. Dadaşov ötən turda son dəqiqələrdə komandasını məğlubiyyətdən xilas etmişdi. Bu görüşdə Rahil Məmmədov ehtiyatda qalıb.

Qeyd edək ki, bu qələbədən sonra "Radomyak" 28 xalla 12-ci pilləyə yüksəlib.

İdman.biz