Ayın klubu – “Real”

Xəbərlər
10 Mart 2025 14:42
115
Ayın klubu – “Real”

Dünyada ayın ən yaxşı klubları bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS fevralda dünya reytinqinə ən çox xal qazanan komandaları açıqlayıb.

“Real” fevralın ən yaxşısı olub. İspaniya nəhəngi ay ərzində 70 xal toplayıb.

PSJ 68 xalla ikinci olub. “Real Sosyedad” 62, “Benfika” 58, “Bavariya” 57 xal qazanıb.

Qeyd edək ki, yanvarda ən yaxşı “Arsenal” olub.

İdman.biz