“İmişli”nin legioneri diskvalifikasiya olunub

Xəbərlər
10 Mart 2025 12:35
156
“İmişli”nin legioneri diskvalifikasiya olunub

“İmişli” legioner futbolçusu Gilyerme Silvanın xidmətindən məhrum olub.

İdman.biz xəbər verir ki, buna səbəb AFFA-nın İntizam Komitəsinin qərarıdır.

Legioner 4 oyunluq diskvalifikasiya edilib. Buna I Liqada XVII turun “İmişli” – “Mingəçevir” oyununda baş verənlər səbəb olub.

Gilyerme Silva görüşün 87-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Buna gorə futbolçunun özü 4 oyun cəzalandırılıb. “İmişli” isə 300 manat cərimə ödəyəcək.

Qeyd edək ki, bu qarşılaşmada Əsasnamənin tələbi pozulduğuna görə meydan sahibi klub 50 manat cərimələnib.

İdman.biz