"İnter Mayami" - argentinalıların komandası

Xəbərlər
11 Mart 2025 10:58
50
"İnter Mayami" - argentinalıların komandası

"İnter Mayami" gənc argentinalı futbolçu ilə müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, Lionel Messinin klubu "Rasinq"dən Baltasar Rodrigesi icarəyə götürüb.

21 yaşlı yarımmüdafiəçi Argentinanın U-23 millisinin heyətində 6 oyun keçirib və 1 qol vurub.

Bununla da "İnter Mayami"də argentinalıların sayı icarəyə götürdükləri futbolçularla birlikdə 9-a çatıb.

Qeyd edək ki, komandanın məşqçilər korpusu da Xavyer Maskeranonun rəhbərliyi ilə argentinalılardan ibarətdir.

İdman.biz