Çempionlar Liqasında 1/8 final mərhələsində "Liverpul" – PSJ cütünün qalibi iki oyunun nəticəsinə görə bəlli olmayıb.
İdman.biz xəbər verir ki, Liverpuldakı cavab matçında əlavə vaxta ehtiyac duyulub.
Əlavə olunmuş 30 dəqiqədə də hesab dəyişmədiyindən qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq olan PSJ 1/4 finala yüksəlib. Paris təmsilçisi növbəti mərhələdə "Aston Villa" - "Brügge" (3:1) cütünün güclüsü ilə qarşılaşacaq.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart
00:00. "Liverpul" – PSJ - 0:1, ə.v. 0:0, pen. 1:4
Qol: Dembele, 12
İlk oyun – 1:0
------------
01:53
Çempionlar Liqasında 1/8 final mərhələsində daha iki cütün qalibi bəlli olub.
İdman.biz xəbər verir ki, "İnter" və "Bavariya" 1/4 finala yüksəlib.
"İnter" "Feyenoord"u qəbul edib. İtaliya çempionu həm səfərdə, həm də evdə rəqibini məğlub edib.
"Bavariya" isə böyük hesabla məğlub etdiyi "Bayer"ə səfərdə də qalib gəlib. Münhen klubu bu dəfə iki cavabsız qol vurub.
Bununla da, 1/4 finalın ilk cütü dəqiqləşib. "İnter" "Bavariya" ilə münasibətlərə aydınlıq gətirəcək.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart
00:00. "İnter" – "Feyenoord" - 2:1
Qollar: Türam, 8. H. Çalhanoğlu, 51 (p.) - Moder, 42
İlk oyun – 2:0
00:00. "Bayer" – "Bavariya" - 0:2
Qollar: Harri Keyn, 52. Deyvis, 71
İlk oyun – 0:3
23:38
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.
İdman.biz xəbər verir ki, artıq bir matç yekunlaşıb.
İlk oyunda "Barselona" "Benfika"nı qəbul edib. Hər iki oyunda qələbə qazanan kataloniyalılar 1/4 finala yüksəliblər. "Barsa" növbəti mərhələdə "Lill" - "Borussiya" D (1:1) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart
21:45. "Barselona" – "Benfika" - 3:1
Qollar: Rafinya, 11; 42. Lamal, 27 - Otamendi, 13
İlk oyun – 1:0
İdman.biz