“Sumqayıt”dan tarixdə 10-cu, mövsümdə 1-ci

Xəbərlər
11 Mart 2025 10:21
88
“Sumqayıt”dan tarixdə 10-cu, mövsümdə 1-ci

“Sumqayıt” Misli Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, bu, XXVI turun “Kəpəz”lə ev oyununa təsadüf edib.

Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində Premyer Liqadakı yubiley – 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.

“Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

İdman.biz