“Flamenqo”nun “Qarabağ”dan transfer etdiyi Juninyo Olavionun nümayiş etdirdiyi oyun Braziliyada birmənalı qarşılanmır.
İdman.biz "Futbolinfo"ya istinadən xəbər verir ki, azarkeşlər 28 yaşlı hücumçunun çıxışından narazıdırlar.
Onlar “Flamenqo”ya keçdikdən qısa müddət sonra zədələnən və yenicə yaşıl meydanlara dönən Juninyodan qollar gözləyirlər.
Braziliyalı futbol mütəxəssisi Mauro Sezar isə forvarda inandığını açıqlayıb. O, azarkeşlərdən Juninyoya bir qədər vaxt vermələrini istəyib: “Bir az sakit olmaq lazımdır, çünki Juninyo Azərbaycandan yeni gəlib. Ona vaxt lazımdır. Üstəlik, burada keçirdiyi oyun sayı da hələ azdır. Juninyo yeni kollektivə uyğunlaşa və bacarıqlı olub-olmadığını göstərə bilər”.
Qeyd edək ki, Juninyo “Flamenqo”ya bu ilin əvvəlində 5 milyon avro qarşılığında transfer olunub. Forvard bu müddətdə Braziliya klubunun heyətində 7 oyunda 1 qol vura bilib.
İdman.biz