Azərbaycan çempionu adına iki iddiaçı: “Zirə”, yoxsa “Birbaşa Bakı”?

Xəbərlər
11 Mart 2025 11:04
114
Azərbaycan çempionu adına iki iddiaçı: “Zirə”, yoxsa “Birbaşa Bakı”?

Bu gün minifutbol üzrə Azərbaycan çempionatında final və 3-cü yer uğrunda matç keçiriləcək.

İdman.biz xəbər verir ki, həlledici qarşılaşmalar Bakı Tennis Akademiyasında baş tutacaq.

Çempion titulunu qorumaq üçün meydana çıxacaq “Birbaşa Bakı” “Zirə”ni sınağa çəkəcək. Görüş saat 21:00-da başlayacaq.

Finaldan əvvəl isə 3-cü yer uğrunda oyun baş tutacaq. Bürünc mükafat uğrunda matçda “Aznur”la “Qalaksi” üz-üzə gələcək.

Azərbaycan çempionatı
11 mart
3-cü yer uğrunda oyun
19:30. “Aznur” – “Qalaksi”

Bakı Tennis Akademiyası

Final
21:00. “Birbaşa Bakı” – “Zirə”

Bakı Tennis Akademiyası

İdman.biz