“Kəpəz”in futbolçusu Tacikistan millisinə çağırılıb

Xəbərlər
11 Mart 2025 12:33
63
“Kəpəz”in futbolçusu Tacikistan millisinə çağırılıb

“Kəpəz”in futbolçusu Şervoni Mabatşoev Tacikistan millisinə çağırılıb.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi qarşıdakı iki oyun üçün yığmasına dəvət alıb.

Tacikistan millisi martın 20-də Belarusla yoxlama matçı keçirəcək. 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki görüş Düşənbədə keçiriləcək.

İdman.biz