Poqba futbola qayıdır

Xəbərlər
11 Mart 2025 12:46
62
Poqba futbola qayıdır

Fransalı futbolçu Pol Poqbanın diskvalifikasiya müddəti rəsmən başa çatıb və futbol matçlarında iştirak edə bilər.

İdman.biz xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin son klubu onunla müqaviləni ötən ilin oktyabrında pozan "Yuventus" olub.

Poqba indi karyerasını bərpa etmək üçün fürsətlər axtarır. O bildirib ki, yalnız Avropanın aparıcı çempionatlarından gələn təklifləri nəzərdən keçirir.

"Marsel"in Poqbanı heyətinə qatmaq istədiyi bildirilir. Fransa mətbuatının məlumatına görə, onlar martın ortalarında futbolçuya müqavilə təklif etməyi planlaşdırırlar.

Poqba bu yaxınlarda "Nyu-York Siti" ilə matçda "İnter Mayami"nin prezidenti Devid Bekhemlə də görüşüb. Bu görüşün məqsədi məlum deyil.

İdman.biz