Azərbaycan klubları Avropada neçəncidir?

Xəbərlər
11 Mart 2025 14:40
71
Azərbaycan klubları Avropada neçəncidir?

İFFHS-in klubların dünya reytinqində yer alan Azərbaycan komandalarının Avropadakı mövqeləri bəlli olub.

İdman.biz xəbər verir ki, cədvəldə yer alan planetin 501 ən yaxşı klubundan 280-i Avropanı təmsil edir.

Onlardan da 3-ü Azərbaycan komandasıdır. Avropa klubları arasında 72-cı olan “Qarabağ” qitədə 12 pillə geriləyib. Ağdam təmsilçisi 147,75 xala malikdir.

98,25 xalı olan “Zirə” 127-cidir. Qəsəbə klubu 4 addım geriləyib.

“Sabah” 68,5 xalla 199-cu yerdədir. Bakılılar 37 pillə irəliləyiblər.

Qeyd edək ki, dünya sıralamasında “Qarabağ” 103-cü, “Zirə” 219-cu, “Sabah” 353-cüdur.

İdman.biz