"Şamaxı" baş məşqçisi Ayxan Abbasovla bağlı qərar verib.
İdman.biz xəbər verir ki, Sportlife.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu 44 yaşlı mütəxəssislə müqavilənin müddətini uzadıb.
Yeni anlaşmaya əsasən, təcrübəli çalışdırıcı qarşıdakı mövsümdə də komandaya başçılıq edəcək. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ayxan Abbasov ötən ilin yayından "Şamaxı"nın baş məşqçisidir.
İdman.biz