"Birbaşa Bakı" - Azərbaycan çempionu!

Xəbərlər
11 Mart 2025 23:12
71
"Birbaşa Bakı" - Azərbaycan çempionu!

Minifutbol üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici oyunda "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gəlib.

Oyunun birinci hissəsində hesab açılmayıb. Fasilədən sonra "Birbaşa Bakı" iki qol vuraraq, Azərbaycan çempionu olub.

Həlledici matçlar Bakı Tennis Akademiyasında keçirilib. Bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” qarşılaşıb. Görüşün əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Aznur" 3:1 hesabı ilə qalib gəlib.

Minifutbol üzrə Azərbaycan çempionatı
11 mart
3-cü yer uğrunda matç

“Aznur” - “Galaxy” - 0:0, pen. 3:1

Final
"Zirə" - "Birbaşa Bakı" - 0:2

İdman.biz