17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayır.
İdman.biz xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirəcək.
B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bayıl stadionunda təşkil olunacaq. Matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək. Saat 11:00-da başlayacaq digər matçda Bolqarıstan və Malta üz-üzə gələcəklər.
AVRO-2025-in II seçmə mərhələsi
B liqası, II qrup
12 mart, I tur
16:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Eglantina Pyetruşay (Albaniya)
Bayıl stadionu
İdman.biz