“Liverpul”dan ilk məğlubiyyət

Xəbərlər
12 Mart 2025 09:38
48
“Liverpul”dan ilk məğlubiyyət

“Liverpul” tarixində ilk dəfə Çempionlar Liqasında (əvvəlki Çempionlar kuboku da nəzərə alınmaqla) penaltilər seriyasında uduzub.

İdman.biz xəbər verir ki, İngiltərə klubu 1/8 finalın PSJ ilə cavab görüşündə məğlub olub.

Komandalar hər ikisi səfərdə 1:0 hesablı qələbə qazandıqdan sonra cütün taleyi “lotereya”da həll olunub. Fransalılar penaltilərdə daha dəqiq oynayıblar – 4:1.

Bunadək üç dəfə belə vəziyyətlə üzləşən “Liverpul” 1984-cü ildə “Roma”, 2005-ci ildə “Milan”ı finalda məğlub edib. 2007-ci ildə “Çelsi” ilə yarımfinal görüşündə də penaltilərə mersisaydlılar seviniblər.

PSJ isə Fransa tarixində penaltilərlə qalib gələn ikinci komandadır. 1985-ci ildə “Bordo” 1/4 finalda “Dnepr”i mübarizədən kənarlaşdırıb.

İdman.biz