"Atletiko" və "Real" növbəti Madrid derbisində üz-üzə gəliblər.
28-ci saniyəsində hesab açılan oyunda başqa qol olmayıb. Nəticədə iki görüşün nəticəsinə görə 2:2 hesabı qeydə alındığından əlavə vaxta ehtiyac duyulub.
Cütünq qalibi penalti seriyasında bəlli olub. Daha dəqiq olan turnirin son qalibi 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/4 finalda PSJ - "Aston Villa", "Arsenal" - "Real", "Barselona" - "Borussiya" D, "Bavariya" - "İnter" cütləri üz-üzə gələcək.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart
00:00. "Atletiko" – "Real" - 1:0, ə.v. 0:0, pen. 2:4
Qol: Qallaher, 1
İlk oyun – 1:2
------------
01:53
İngiltərə klubları "Arsenal"la "Aston Villa" evdə müvafiq olaraq, PSV və "Brüğge"ni sınağa çəkiblər. Səfərdə 7:1 hesabı ilə qalib gələn London klubu öz meydanında heç-heçəyə razı olub.
"Aston Villa" isə səfərdə olduğu kimi, bu dəfə də "Brügge"nin qapısından 3 top keçirib.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart
00:00. "Arsenal" – PSV - 2:2
Qollar: Zinçenko, 6. Rays, 37 - Perişiç, 18. Driueç, 70
İlk oyun – 7:1
00:00. "Aston Villa" – "Brügge" - 3:0
Qollar: Mark Asensio, 51; 61. Maatsen, 57
İlk oyun – 3:1
------------
23:38
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.
İdman.biz xəbər verir ki, cavab oyunlarına start verilib.
Fransada "Lill"lə "Borussiya" görüşüb. Oyuna meydan sahibləri yaxşı başlayıblar. Erkən qol vuran fransalılar üstünlüyü qoruya bilməyiblər. Dortmund təmsilçisi fasilədən sonra iki qol vurub.
Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 8-də start veriləcək.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
12 mart
21:45. "Lill" – "Borussiya" D - 1:2
Qollar: Devid, 5 - Emre Can, 54 (p.). Bayer, 65
İlk oyun – 1:1
İdman.biz