Mərc şirkətləri Braziliya futbolunu ələ alıb - 1 milyard dollar

Xəbərlər
12 Mart 2025 15:00
40
Mərc şirkətləri Braziliya futbolunu ələ alıb - 1 milyard dollar

Braziliyanın yüksək liqa klubları 2025-ci ildə mərc şirkətlərindən sponsorluq müqavilələri çərçivəsində 1 milyard dollar alacaqlar.

İdman.biz xəbər verir ki, Braziliya A Seriyasının bütün 20 klubu bukmeker şirkətləri ilə əməkdaşlıq edir.

Braziliya çempionatında 20 klubdan 16-nın titul sponsoru mərc şirkətidir. Qalan dörd komandanın da bukmekerlərlə kiçik sponsorluq müqavilələri var. Onlar oyun formalarının arxa və çiyin nahiyəsində tərəfdaşların loqolarını yerləşdiriblər.

İdman.biz

Məqalədə: