17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in II seçmə mərhələsində mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.
B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan matçda qonaqlar böyük hesabla qalib gəlib. İlk hissədə bir top vuran Lüksemburq fasilədən sonra daha 4 dəfə fərqlənib – 5:0. Bu qollardan ikisi rəqib azlıqda qaldıqdan sonraya təsadüf edib.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçirilir. I turun digər matçında Bolqarıstan Maltaya 5 cavabsız qol vurub.
AVRO-2025-in II seçmə mərhələsi
B liqası, II qrup
12 mart, I tur
16:00. Azərbaycan – Lüksemburq – 0:5
Qollar: Hanna Ditrix, 7, Çarlie Jorje Maqalyaes, 53, Lisa Jüstine Daffik, 63, Karmen Kirps, 89, Amelie Feil, 90
Baş hakim: Eglantina Pyetruşay (Albaniya)
Bayıl stadionu
İdman.biz