"Neftçi"nin fubolçusu Edvin Kuç Monteneqro yığmasına dəvət alıb.
İdman.biz xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində forma geyinmək imkanı qazanıb.
Onun çıxış etdiyi komanda martın 22-də Cəbəllütariq, 25-də isə Farer adaları yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Kuç Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.
İdman.biz