Bu gün minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbir “Ritz Carlton Baku” otelinin “Şuşa”zalında baş tutub.
Mayda Bakıda təşkil olunacaq mundialın 32 iştirakçısı 8 qrupda yer alıb. Ev sahibi Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub.
A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan,
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa,
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina.
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail
Qeyd edək ki, dünya çempionatı mayın 21-də Bakıda start götürəcək. Mundialın qalibinin adına iyunun 1-də aydınlıq gələcək.
İdman.biz