Saatlıda hakimi döyməyə cəhdin cəzası

Xəbərlər
13 Mart 2025 13:15
44
Saatlıda hakimi döyməyə cəhdin cəzası

Region Liqasında keçirilən “Ümid” (Saatlı) – “Marafon” oyununda baş verən qalmaqalın günahkarları cəzalanıb.

İdman.biz xəbər verir ki, bununla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verib.

“Ümid”in baş məşqçisi Anar Cəbrayılov qarşılaşmanın 60-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd edib. O, bu hərəkətinə görə 5 oyun cəzalanıb.

Oyun bitdikdən sonra “Ümid”in rəsmisi Şahmar Abdullayev hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd edib. Buna görə də ona da 5 oyunluq cəza verilib.

İdman.biz