“Araz Bakı”nın köməkçi məşqçisi Ramin Fərruxlu cəzalanıb.
İdman.biz xəbər verir ki, buna U-13 Liqasının “Binə” ilə oyununda baş verənlər səbəb olub.
Çalışdırıcı qarşılaşmanın 29-cu dəqiqəsində meydana daxil olaraq hakimə fiziki təzyiq göstərib və qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsi onu 7 oyunluq cəzalandırıb.
Komandanın futbolçusu Camal Fərruxlu isə qarşılaşmanın 29-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıllb. O, 2 matçlıq cəza alıb.
İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalardakı digər xoşagəlməz hadisələrə də hüquqi qiymət verib. U-14 Liqasında keçirilən “Birlik” – “Baku Sporting” oyununda nominal meydan sahiblərinin baş məşqçisi Zahid Əliyevin qarşılaşma boyu və görüş bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqiredici ifadələr işlədib. O, 5 matçlıq cəzalanıb.
Gənclər Liqasında UFA – “Səbail” qarşılaşmasında qonaqların futbolçuları Sabir Məmmədov və Fariz Hüseynov bir-birilərini təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandırıldırılıblar. Hər iki futbolçu 3 matçlıq diskvalifikasiya olunub.
İdman.biz