Ölkəmizdə səfərdə olan Luiş Nani "Qarabağ"ın futbolçuları ilə görüşüb.
İdman.biz xəbər verir ki, portuqaliyalı ulduzla görüşdə Şahruddin Məhəmmədəliyev və Patrik Andrade iştirak edib.
Ağdam klubunun oyunçuları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər. Şahruddin Məhəmmədəliyev və Luiş Nani ötən mövsümdə Türkiyənin "Adana Demirspor" klubunda forma geyiniblər.
Qeyd edək ki, Luiş Nani dünən Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının püşkatmasında iştirak etmək üçün ölkəmizə gəlib.
İdman.biz