Messi 90+2-ci dəqiqədə fərqlənib, komandası 1/4 finala çıxıb - VİDEO

Xəbərlər
14 Mart 2025 09:37
72
Messi 90+2-ci dəqiqədə fərqlənib, komandası 1/4 finala çıxıb - VİDEO

“İnter Mayami” CONCACAF Çempionlar kubokunun 1/8 final mərhələsi çərçivəsində Yamaykanın paytaxtı Kinqstondakı “İndependens Park” stadionunda yerli “Kavalier” komandasına cavab matçında da qalib gəlib - 2:0.

İdman.biz xəbər verir ki, ilk görüş də ABŞ klubunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

37-ci dəqiqədə "İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares penaltidən hesabı açıb. İkinci hissənin əvvəlində onun yerinə meydana çıxan Lionel Messi 90+2-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib. Argentinalı futbolçu Yamayka ilə ərazisində fərqləndiyi ölkələrin sayını 36-ya, "İnter Mayami"dəki qollarının ümumi sayını 37-yə, karyerasındakı qolların sayını isə 853-ə çatdırıb.

CONCACAF Çempionlar kubokunun 1/4 finalında "İnter Mayami"nin rəqibi MLS-in digər təmsilçisi - "Los Anceles" olacaq.

İdman.biz