“Zirə”nin hücumçusuna Rusiyadan müştəri

Xəbərlər
14 Mart 2025 10:14
49
“Zirə”nin hücumçusuna Rusiyadan müştəri

“Zirə”nin futbolçusu Salifu Suma daha bir klubun maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, Rusiya “Lokomotiv”i də qvineyalı hücumçunu heyətinə qatmaq istəyir.

Moskva klubu “Zirə”nin tələb etdiyi məbləği də ödəməyə hazırdır. Rusiyalılar Suma üçün 800 min avro ödəmək niyyətindədir.

Qeyd edək ki, Salifu Ukrayna və Bolqarıstan klublarının da maraq dairəsindədir.

İdman.biz