“Şamaxı”nın səfər sindromu

Xəbərlər
14 Mart 2025 11:01
40
“Şamaxı”nın səfər sindromu

Misli Premyer Liqasında XXVII tur “Araz-Naxçıvan” – “Şamaxı” matçı ilə başlayacaq.

İdman.biz xəbər verir ki, bu, rəqiblər arasında 7-ci çempionat dueli olacaq.

Bunadək komandalar 6 oyunda üz-üzə gəlib. Heç-heçə olmayan görüşlərdə üstünlük Naxçıvan təmsilçisindədir.

"Araz-Naxçıvan" 4, “Şamaxı” isə 2 dəfə qalib gəlib. Bu ikiqat üstünlük top fərqində də əksini tapıb – 6-3.

“Araz-Naxçıvan” bütün ev oyunlarında quru hesabla qalib gəlib. Texniki nəticə nəzərə alınmasa, son 4 matçda Naxçıvan təmsilçisi qələbə qazanıb.

04.11.2000

Xəzər Universiteti - Araz

3:1

28.04.2001

Araz - Xəzər Universiteti

2:0

27.10.2001

Araz - Xəzər Universiteti

1:0

03.03.2002

Xəzər Universiteti - Araz

+:-

10.08.2024

Araz - Şamaxı

1:0

19.10.2024

Şamaxı - Araz

0:1

Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.

İdman.biz