“Qarabağ”ın yeni izləyiciləri - UEFA reytinqi

Xəbərlər
14 Mart 2025 11:10
48
“Qarabağ”ın yeni izləyiciləri - UEFA reytinqi

Klubların UEFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, avrokubokların 1/8 final mərhələsinin cavab oyunları bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun komandası 67-cı yerdə qərarlaşıb. Ağdam klubunun hesabında 32,000 xal var.

Təmsilçimizin izləyiciləri isə dəyişib. “Yurqorden” (31,500) 68-ci, “Rapid” (30,250) 69-cu yerə yüksəlib.

“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 318-ci, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 337-ci yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 143,500 xala malik “Real” başçılıq edir.

İdman.biz