“Qarabağ”ın legionerləri seçmə mərhələ oyunlarında

Xəbərlər
14 Mart 2025 13:25
35
“Qarabağ”ın legionerləri seçmə mərhələ oyunlarında

“Qarabağ”ın 4 legioner futbolçusu milli komandalara çağırılıb.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Yassin Benzia Əlcəzair yığmasına çağırılıb. Onun komandası DÇ-2026-nın seçmə mərhələsində martın 21-də Botsvana ilə səfərdə, beş gün sonra Mozambiklə evdə qarşılaşacaq.

Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisinə yollanacaq. Onların yer aldığı yığma DÇ-2026-nın seçmə mərhələsində martın 22-də Cəbəllütariq, üç gün sonra Farer adalarını qəbul edəcək.

Patrik Andrade isə Kabo-Verde millisinə dəvət alıb. Onun komandası martın 20-də Mavrikini qəbul edəcək, 5 gün sonra Anqolanın qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisinə “Qarabağ”ın 8 futbolçusu çağırılıb.

İdman.biz