21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
Bu vəzifəyə “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsində yığmaya Samir Əliyev başçılıq edirdi. O, tsiklin son oyunundan sonra postundan ayrılıb.
İdman.biz