AFFA I Liqadan Misli Premyer Liqasına yüksələcək komandalarla bağlı yeni qərar qəbul edib.
İdman.biz xəbər verir ki, belə addım qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında atılıb.
2025/26 mövsümündə Premyer Liqada komanda sayının artırılması ilə əlaqədar elitaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.
Qeyd edək ki, Premyer Liqaya üç komanda vəsiqə qazanacaq. Hazırda I Liqada ilk üç pillədə “Qəbələ”, “Karvan” və “İmişli” qərarlaşıb.
İdman.biz