Donald Gerye: "Haiti Azərbaycanla görüşün favoritidir"

Xəbərlər
14 Mart 2025 14:17
46
Donald Gerye: "Haiti Azərbaycanla görüşün favoritidir"

"Haitinin Azərbaycanla qarşılaşması mənim üçün xoş oldu. Maraqlı oyun olacaq".

İdman.biz xəbər verir ki, bunu Sportal.az-a açıqlamasında "Qarabağ", “Neftçi” və “Zirə” klublarında oynamış Haiti millisinin sabiq futbolçusu Donald Gerye deyib.

O, martın 22-də keçiriləcək Azərbaycan - Haiti görüşü haqda fikirlərini söyləyib. Donaldın fikrincə, bu görüşdə favorit Haiti yığması olacaq: "Təbii ki, Azərbaycan da yaxşı komandadır. Ancaq fikrimcə, Haiti Azərbaycanla görüşün favoritidir. Necə alınacağını görəcəyik. Oyunu TV-dən izləyəcəm. Bizim də yaxşı komandamız var. Bu oyuna baxmaq maraqlıdır".

Qeyd edək ki, Donald Gerye hazırda Almaniyada aşağı liqada “Kosmos” klubunun formasını geyinir.

İdman.biz