"Qarabağ"ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun bu gün baş tutan iclasına qatılmayıb.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, mütəxəssis Premyer Liqada sabah "Kəpəz"ə qarşı keçirəcəkləri oyunla bağlı toplantıda iştirak etməyib.
O, çempionat oyunu ilə bağlı Tovuzdadır.
Qeyd edək ki, sabah keçiriləcək "Kəpəz" – "Qarabağ" oyunu saat 17:00-da start götürəcək.
İdman.biz