“Real Sosyedad” “Mançester Yunayted”lə oyunun hakimliyindən narazılığını bildirib.
İdman.biz xəbər verir ki, İspaniya klubu Avropa Liqasının 1/8 finalında səfərdə "Qırmızı şeytanlar"a uduzaraq (1:4, ilk oyun – 1:1) mübarizəni dayandırıb.
Cavab oyununun baş hakimi Benua Bastien "Mançester Yunayted"in xeyrinə iki, "Real Sosyedad"ın xeyrinə bir penalti təyin edib. Bundan başqa, 63-cü dəqiqədə qonaqları qırmızı vərəqə ilə cəzalandırıb.
Bu gün "Real Sosyedad"ın sosial şəbəkələrində fransalı referinin şəkli və "Şeytan mavi geyinir" yazılmış post paylaşılıb.
İdman.biz